Qubada ticarət mərkəzində güclü yanğın - VİDEO
11:08 / 10.01.2019
2692
Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın olub.
"Report"un Şimal bürosunun verdiyi xəbərə görə, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəliblər.
İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.
Yanğının başvermə səbəbləri araşdırılır.
Sfera.az