Qubada istirahət mərkəzi külə döndü

Qubada istirahət mərkəzi külə döndü
Quba rayonunun Amsar kəndində yanğın olub.
 

Sfera.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, kənddə yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 96 m² olan tikilinin yanar konstruksiyaları, o cümlədən dam örtüyü ümumilikdə 62 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​


OXŞAR XƏBƏRLƏR