Quba sakini ayının hücumuna məruz qalıb

Quba sakini ayının hücumuna məruz qalıb
 

Qubada ayı vətəndaşa hücum edib.

Sfera.az APA-ya istinadla bildirir ki,  hadisə rayonun Cimi kəndində qeydə alınıb. 

Ayı Quba rayonu, Cimi kənd sakini 1981-ci il təvəllüdlü Nərimanov Akif Əlisəfa oğluna hücum edərək müxtəlif bədən xəsarətləri yetirib.

 

Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. 


OXŞAR XƏBƏRLƏR