Dünya

Qorbaçov “Çernobıl” serialından danışdı: Elə əmr verməmişdim

Qorbaçov “Çernobıl” serialından danışdı: Elə əmr verməmişdim
Son illərin ən çox izlənilən seriallarından biri olan "Çernobıl”da adı çəkilən keçmiş SSRİ prezidenti Mixail Qorbaçov ekran əsərində yalan məlumatların olduğunu söyləyib.

RİA Novosti xəbər verir ki, Mixail Qorbaçov  ssenarinin yalan üzərində qurulduğunu, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi vermədiyini deyib.

Serialda göstərilir ki, akademik atom qəzasının səbəbi barədə öz versiyasını irəli sürəndən sonra onun karyerasına son qoyulub.

 

"Mən belə bir göstəriş verməmişəm. Məndən başqa kim verərdi? Bütün bunlar uydurmadır”, – Qorbaçov belə deyib. O, əlavə edib ki, hələlik özü "Çernobıl” serialına baxmayıb.

Serialın yayımından sonra akademik Leqasovun həyatına maraq da artıb. Serialda bu rolu aktyor Cared Harris canlandırıb. Serialda Leqasov Çernobıl Atom Elektrik Stansiyasının işçilərinin mühakimə olunduğu məhkəmədə çıxış edir. O, çıxışında dövləti reaktorlardakı qüsurları ört-basdır eləməkdə günahlandırır.

oxu.az

 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930