“Hücuma keçib, erməniləri başa salmalıyıq ki…”- Hərbi ekspert

“Hücuma keçib, erməniləri başa salmalıyıq ki…”- Hərbi ekspert

Qondarma Dağlıq Qarabağ republikası XİN-nin sözçüsü Artak Nersesyan sərsəm bəyanatla çıxış edib.

Sfera.az-ın məlumatına görə, Azərbaycanın işğal olunmuş torpaqlarında beynəlxalq hüququ kobud surətdə pozaraq ermənilərin yaşayış məskənləri salmasına etiraz etməsi seperatçı rejimin xoşuna gəlməyib. Qeyd edək ki, Xocavənd rayonu ərazisində ermənilər Araksavan adlı yaşayış məskəni salır, sakinlərin çoxu isə kənardan gətirilmiş ermənilərdir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə haqlı olaraq bu addımı Cenevrə konvensiyasına zidd hesab edərək münaqişənin nizamlanması yolunda ciddi maneə saydığını bəyan edib.

Separatçı rejimin sözcüsü mövzuyla bağlı açıqlamasında rəsmi Bakını suçalamaq yolunu tutaraq Azərbaycan tərəfini militarist bəyanatlar verməklə münaqişənin nizamlanmasına mənfi təsir göstərməkdə ittiham edib. Nersesyan daha uzağa gedərək bəyan edib ki, Azərbaycan DQ-ın "işğal olunmuş” şimal bölgələrində erməni kəndlərinə yerli əhalini köçürür. Söhbət keçmiş Şaumyan rayonundan gedir. Qeyd edək ki, hazırda həmin rayon Goranboy rayonunun bir hissəsidir.

Hərbi ekspert Tərlan Eyvazov Sfera.az-a açıqlamasında seperatçı rejim sözçüsünün açıqlamasını həyasızlıq adlandırıb: "O qədər ayaqları yer alıb ki, belə iddialara düşüblər. Dağlıq Qarabağın rəsmi ərazisi bəllidir. Bunu Qarabağ problemindən azacıq informasiyası olan istənilən şəxs bilir”.

Ermənilərin yeni yaşayış məskənləri salmalarını göstəriş naminə özünüaldatma sayan ekspert köçürülənlərin əsasən xaricdən gətirilən ermənilər olduğunu dedi: "Hazırda Ermənistanda demoqrafıq vəziyyət pisdir. İmkanı olan ölkədən gedir. Həmçinin Qarabağda yaşayan ermənilər arasında köç heç zaman dayanmayıb, əksinə davam edir”.

Tərlan Eyvazov Azərbaycan tərəfinin ermənilərin bu cür addımlarına qarşı bütün vasitələrlə mübarizə aparmasının vacibliyinin diqqətə çatdırıb: "İstər diplomatik, istər təbliğati, istərsə də hərbi üstünlıükdən yararlanaraq erməni tərəfinin yalan təbliğatının qarşısı alınmalıdır. Erməniləri qorxu altında saxlamaq lazımdı. Yeri gələndə bəlli hədəflərə artilleriya zərbələri endirilməli, diversiya işləri görülməlidir. Ermənilərə başa salınmalıdır ki, orada rahat yaşaya bilməyəcəklər”.

Tahir

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...