Qohumları ölmüş rəssamın meyitini altı həftə evdə gizlətdi

Qohumları ölmüş rəssamın meyitini altı həftə evdə gizlətdi

İngiltərənin Hemsley şəhərində ailə qohumlarının mumiyalanmış cəsədini altı həftə yataq otağında saxlayıb. 

Aptek işçiləri polisə yapon cütlüyün çox miqdarda spirtli içki aldıqlarını söyləyib. Üstəlik, onlardan meyit qoxusu gəldiyini bildiriblər.

 

Həmin gün polis yapon ailənin yaşadığı Hemsleyin mərkəzindəki ünvana gəlib. Evin yataq otaqlarından birində polis mərhum - 49 yaşlı Rinanın mumiyalanmış cəsədini tapıb. Vaxtilə rəssam olduğu deyilən qadının ekspertiza nəticəsində altı həftə əvvəl öldüyü məlum olub.

Mərhumun qohumları meyitin qanuni dəfninə mane olmaq ittihamı ilə məhkəməyə çıxarılıb.

Onlara qarşı irəli sürülən ittihama görə, ailə ömürlük həbs cəzasına məhkum oluna bilər. (oxu.az)


OXŞAR XƏBƏRLƏR