Qızını görmədən şəhid olan hərbçimiz

Qızını görmədən şəhid olan hərbçimiz

"Fikrət sevindiyindən telefonda ağlayırdı..."

Xəbər verdiyimiz kimi, ötən gün Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. 

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. 

Şəhid doğulduğu Astara rayonunun Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.

Astaranın Şahağacı kəndinin bələdiyyə sədri Elkin Əsədullayev AzVision.az-a bildirib ki, şəhid Fikrət Bəşirovun 5 gün öncə qız övladı dünyaya gəlib. Onun sözlərinə görə, şəhid ilk övladını görmədən dünyasını dəyişib.

"Fikrət kəndimizin fəxridir. Bütün Azərbaycan onunla qürur duyur. O, torpaqlarımızın bütövlüyü uğurunda canını qurban verdi. Şəhidimizin yas mərasimində Astara İcra Hakimiyyətinin rəsmiləri başda olmaqla, bütün kənd sakinləri iştirak edib. İcra hakimiyyəti və kənd bələdiyyəsi olaraq biz də yas mərasimin təşkili ilə bağlı ailəyə ələmizdən gələn köməkliyi edirik. Fikrət çox mərd oğlan idi. O, hamının hörmətini qazanmışdı. 

Ötən ilin aprel ayında ailə həyatı qurmuşdu. Şəhid olmamışdan beş gün öncə onun ilk övladı dünyaya gəlib. Fikrət hərbi xidmətini yerinə yetirən zaman atası ona zəng edib, qızının olduğunu deyib. Fikrət sevindiyindən telefonda ağlayıb. O, bütün dostlarına ata olduğunu deyib. Ailəsinə bildirib ki, qızını görmək üçün məzuniyyət götürüb, kəndə gələcək. Fikrətin anası tez dünyasını dəyişib. O, anasına çox bağlı idi. Atası ilə telefonda məsləhətləşib və qızına anasının adını Hacıxanım adını qoyub. Qismət elə gətirdi ki, Fikrət yeni doğulmuş övladının üzünü görmədən dünyadan köçdü”

 

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...