Qızılın qiymətində dəhşətli ucuzlaşma

Qızılın qiymətində dəhşətli ucuzlaşma
İyulun 19-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,19% azalaraq 18 086,45 bənd, S&P 500 0,11% bahalaşaraq 2 126,64 bənd, Nasdaq isə 0,91% irəliləyərək 5 210,14 bənd təşkil edib.
 
Avropa fond bazarında FTSE 100 indeksi 0,31% geriləyərək 6 775,08 bənd, Fransa CAC-40-ı 0,06% artaraq 5 124,39 bənd, Almaniya DAX-ı isə 0,37% geriləyərək 11 673,42 bənd təşkil edib.
 
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 36,1 ABŞ dolları, yaxud 3,16% ucuzlaşaraq 1 107,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0823 (-0,64%) təşkil edib.
 
Xatırladaq ki, qızılın qiyməti son 5,5 il ərzində ilk dəfə olaraq bu həddə düşüb. Belə ki, 2010-cu ilin yanvarında qızılın bir unsiyasının qiyməti 1131,80 dollara bərabər olub.

OXŞAR XƏBƏRLƏR