“Qızıl buts”un sahibi Lionel Messi oldu

“Qızıl buts”un sahibi Lionel Messi oldu
"Barselona” futbol klubunun hücumçusu Lionel Messi 2017-2018 futbol mövsümünün nəticələrinə görə "Qızıl buts” mükafatına layiq görülüb.

Sfera.az xəbər verir ki, bu argentinalı futbolçunun qazandığı rekord sayda - beşinci "Qızıl buts” mükafatıdır. İkinci yerdə dörd mükafatla Madrid "Real”ının hücumçusu Kriştianu Ronaldo gəlir.

"Qızıl buts” hər mövsümün sonunda Avropa milli çempionatlarının ən yaxşı nəticə göstərən hücumçusuna verilir.

Lionel Messi vurduğu 34 qolla 68 xal toplayıb. Ondan sonra 32 qolla Məhəmməd Salah, 30 qolla Harri Keyn gəlir.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR