Gündəm

Qız şagirdin intihar cəhdi haqda rəsmi açıqlama – Müəllimə bezdirib?

Qız şagirdin intihar cəhdi haqda rəsmi açıqlama – Müəllimə bezdirib?
 

Ötən gün Nizami rayonu 109 nömrəli məktəbin 5-ci sinif şagirdi Fatimə Əliyevanın intihara cəhd etdiyi haqqında məlumat vermişdik. Buna səbəb isə Fatimənin müəllimləri tərəfindən ona qarşı təzyiqlər olduğu iddia edilib. 

Bundan sarsılan Fatimə məktəbdən qayıtdıqdan sonra Whatsapp-la nənəsinə səs ataraq müəllimələrinin onu canından bezdirdiyini, ona əxlaqsız damğası vurduqlarını, uşaqların içində dayanmadan alçaldıb təhqir etdiklərini, artıq yaşamaq istəmədiyini deyib. Sonra xəstə atasının qəbul etdiyi bütün dərmanları içib və intihar edib.

Bakı şəhər Təhsil İdarəsindən "Yeni Sabah”a bildirilib ki, müəllimlər haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb:

"109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağırılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib.

Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur”.

BŞTİ-dən araşdırma apardıqlarını da qeyd ediblər:

"Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031