“Qismət-M Construction” MMC belə narazılıq yaradır… – GİLEY

“Qismət-M Construction” MMC belə narazılıq yaradır… – GİLEY
Bakınin Yasamal rayonunda həyata keçirilən pilot layihə zamanı vətəndaşın mənzilini tikinti şirkəti ələ keçirilərək, onun mülkiyyət hüquqları pozub.
 Əliyeva Ələviyyə Dəmqulu qızı "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxslərindən şikayətçidir.

Onun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi ev 174 ünvanında yerləşən mənzili "Pilot Layihə” adı altında "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri tərəfindən ələ keçirilib. Belə ki, şirkət sökülən mənzilin sahibi ilə müqavilə bağlamaq əvəzinə, həmin mənzilin köhnə sahibi ilə köhnə tarixə, saxta müqavilə bağlandığını bəhanə ediblər. Bununla da "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxslərinin faktiki olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini və vətəndaşa məxsus iki otaqlı mənzili ələ keçirərək mənzilin alınması üçün ayrılmış külli miqdarda pulu mənimsədyiblər.

Qeyd edək ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ömrəli evin, 59 nömrəli mənzili Əliyeva Ələviyyə Dəmqulu qızının mülkiyyətində olmasına baxmayaraq, "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” köhnə tarixə saxta müqavilə bağlamaqla həmin mənzilə görə ayrılmış pul vəsaitini və mənzilin özünü ələ keçirmişlər. Amma qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə Əliyeva Ələviyyə Dəmqulu qızına məxsusdur və Dövlət Reyestrindən çıxarışı vardır.

"Qismət-M Construction” MMC isə buna məhəl qoymaq niyyətində deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilsə də "Qismət-M Construction” MMC kimi bəzi şirkətlər ölkə rəhbərinin tapşırıqlarına və uğurlu fəaliyyətinə xələl gətirilər.

Hamımıza məlumdur ki, mənzil tikinti kooperativləri vətəndaşları aldadaraq eyni mənzili bir neçə şəxsə satmaqla külli miqdarda vətəndaşlara ziyan vurduqlarına görə rəhbərlik etdiyiniz idarə tərəfindən çoxsaylı MTK rəhbərləri həbs edilmişdir.

Hal-hazırda isə "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri eyni xarakterli fəaliyyətə başlayaraq vətəndaşın mənzilini ələ keçiriblər. "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə qarşı da belə hərəkətlərin edilməsi məlum olmasa da bu halların olması istisna edilmir.

Ələviyyə Əliyevanın bildirir ki, vətəndaşların "Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsinə razı olmalarının səbəbi prezident İlham Əliyevin vətəndaşlara verdiyi söz olub: "Lakin "Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” MMC-nin bəzi vəzifəli şəxsləri bu sözü yerinə yetirmək əvəzinə bizim mülkiyyətimizi ələ keçirməklə məşğuldurlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.AzFakt

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...