İdman

Qələbədən sonra Moskva metrosunda samba – VİDEO

Qələbədən sonra Moskva metrosunda samba – VİDEO
Futbol üzrə dünya çempionatında Serbiya üzərində qələbə çalan Braziliya yığmasının azarkeşləri qələbəni Moskva metrosunda bayram ediblər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, metro platformasında toplaşan sarı futbolkalı azarkeşlər ölkələrini bayraqlarını yellədərək mahnı oxuyub, təbil vurublar. Metrodakı digər sərnişinlər isə onları mobil telefonlarının kameralarına çəkib. Bəzi azarkeşlər qələbə sevincini metro vaqonlarında qışqıraraq qeyd ediblər.

Qeyd edək ki, dünən E qrupunda keçirilən görüşün nəticələrinə görə, Braziliya və İsveçrə milliləri pley-off mərhələsinə çıxıblar. Serbiya və Kosta-Rika isə çempionatı tərk ediblər. Pley-off mərhələsində Braziliya Meksika ilə qarşılaşacaq.
 
Rəsul
Sfera.az
 

AdRiver

XƏBƏR LENTİ