Qəbələdə ukraynalıların konserti olub - FOTOLAR

Qəbələdə ukraynalıların konserti olub - FOTOLAR
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar daha bir dünya şöhrətli orkestrin konsertlərini izləmək imkanı əldə ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Ukraynanın "Kiyev virtuozları” Kamera Orkestrinin konserti böyük marağa səbəb olub.

 

 

Musiqi festivalının bədii rəhbəri, "Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestrı pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Hümanitar Elmlər Akademiyasının akademiki, dünya şöhrətli pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşayət edib. Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin musiqi əsərləri səsləndirilib.

 

Sonra Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə Ukraynanın "Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub. Konsertdə bəstəkar İohan Bramsın musiqi əsərləri səsləndirilib. Musiqi sahəsində bir çox beynəlxalq mükafatların sahibi olan bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən konsertdə orkestri violonçeldə Qəbələ musiqi festivalının bədii rəhbəri, "Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski və violində İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman müşayət edib.

 

Hər iki konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

 
Fotoları təqdim edirik:
 
 
 
 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...