Qazlı suların ölümcül təhlükəsi aşkarlandı

Qazlı suların ölümcül təhlükəsi aşkarlandı
Qazlı sudan mütəmadi olaraq istifadə ağır böyrək xəstəliklərinin meydana gəlməsi riskini artıra bilər.
Belə bir nəticəyə amerikalı tibbi tədqiqat qrupu gəlib.
Elmi tapıntının nəticələri "Clinic Journal of the American Society of Nephrology” jurnalında dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada kökəlmə "epidemiyası” müşahidə olunur. Artıq çəkidən planet əhalisinin üçdə bir hissəsi əziyyət çəkir. Onların 15 faizində ağır formal piylənmə qeydə alınıb. Xəstəliklərin 47 faizi, o cümlədən, ateroskleroz, infarkt, insult, diabet və xərçəng metabolizmin pozuntuları ilə əlaqədar olur.
Tədqiqatçıların fikrincə, kökəlmə epidemiyasının əsas səbəbkarı şəkər və şirin qazlı içkilərdir. Qazlı suyun normadan artıq qəbulu hər il 184 min nəfərin həyatına son qoyur. Qurbanların çoxu Latın Amerikası və ABŞ sakinləridir.
Bundan başqa, alimlər normadan artıq qazlı su qəbulunun başqa neqativ fəsadlarını da üzə çıxarıb. Tədqiqat qrupu son 14 ildə üç min afroamerikalının sağlamlıq vəziyyətini müşahidə edib. Məlum olub ki, onların 6 faizi böyrəyin xroniki xəstəlikləri ilə üzləşib. Onların əksəriyyəti həddən artıq miqdarda şirin qazlı sular içib.oxu.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...