Sİyasət

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb.

Bu barədə Oxu.Az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. Onun imzaladığı sərəncamla İsabayev Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncəo, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri olub.

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031