"Qardaşlar Mebel" koronovirusla mübarizəyə dəstək verdi

 Azərbaycanın ilk smart mebel istehsalçısı olan Qardaşlar Mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar koronovirusa qarşı mübarizəyə qoşulur.

Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev bu barədə məlumat verərək bildirib ki, belə bir vəziyyətdə hər kəs həmrəylik göstərməlidir.

"Bu hamımızı narahat edən bir məsələdir. Bu istiqamətdə dövlətimizə dəstək göstərməklə birlik nümayiş etdirməliyik. Cənab prezidentin qəbul etdiyi mühüm qərarları, eləcə də Operativ Qərargah və Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılmasını dəstəkləyirik. Qardaşlar mebel olaraq biz də öz növbəmizdə dövlət başçısının fərmanı ilə yaradılmış fonda dəstək olmaq üçün vəsait ayırdıq.”

Şirkət rəhbəri bütün sahibkarları koronovirusla mübarizəyə dəstək olmağa çağırdı:

"Bu gün güclərimizi birləşdirərək dövlətimizə dəstək olmalıyıq. Ancaq bu yolla mövcud vəziyyətin daha da pisləşməsinin qarşısını ala bilərik. Bu səbəbdən biz sahibkarlar əlimizdən gələni etməliyik. Biz inanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının, o cümlədən Operativ Qərargahın göstərişlərinə əməl etmək və dövlətimizə dəstək göstərməklə bu yaranmış vəziyyətin öhdəsindən gələ bilərik.”

Qeyd edək ki, Qardaşlar Mebel şirkəti sərgi salonları və istehsal fabrikində koronovirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə müvafiq dezinfeksiya işlərini davamlı olaraq aparmaqdadır.


OXŞAR XƏBƏRLƏR