“Qarabağ”la bağlı yeni kampaniya

“Qarabağ”la bağlı yeni kampaniya

Çempionlar Liqasının qrup mərhələsində oynayacaq Ağdamın "Qarabağ” futbol klubu ilə bağlı maraqlı kampaniya başladılıb.

Sfera.az xəbər verir ki, komandamızın ÇL-da oynaması dünyaya Qarabağ həqiqətlərini çatdırmaq üçün bir fürsət yaradıb.

Kampaniyanı başladan gənclər "Qarabağ”ın da oynadığı ÇL-nın "C” qrupundakı komandaların mənsub olduğu şəhərlərin fotolarını paylaşıb. Fotoda qrupa düşən komandaların təmsil etdikləri şəhərlərin şəkilləri verilib. Şəkilər arasında ən diqqətçəkəni "Qarabağ” klubunun təmsil etdiyi Ağdam şəhərinin fotolarıdır. Fotoda Ağdamın erməni işğalçıları tərəfindən darmadağın edilən görüntləri əksini tapıb.

Təşkilatçılar bununla dünyaya Qarabağ həqiqətlərini çatdırmaq istədiklərini bildiriblər.

Sfera.az


OXŞAR XƏBƏRLƏR