“Qarabağ”ın iki futbolçusu Avropa Liqasının rəmzi heyətində – FOTO

“Qarabağ”ın iki futbolçusu Avropa Liqasının rəmzi heyətində – FOTO
 

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turun rəmzi komandası müəyyənləşib.

 

Sfera.az  xəbər verir ki, simvolik 11-likdə "Qarabağ”ın iki futbolçusu yer alıb. Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçisi Ailton Silva rəmzi heyətə düşüb.

 

Hər iki futbolçu APOEL-lə oyunda qol vurub.

 

 

Dani Kintana ötən tur da rəmzi heyətdə idi.


OXŞAR XƏBƏRLƏR