Qarabağın həlli Rusiyasız mümkün olmayacaq - Ekspert şərhi

Qarabağın həlli Rusiyasız mümkün olmayacaq - Ekspert şərhi

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Sfera.az xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev hesab edir ki, bu görüşün məhz Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən anonslar da göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Məlumdur ki, regionda istər iqtisadi layihələr, istərsə də hərbi-siyasi məsələlərin həlli Rusiya və Azərbaycansız mümkün olmayacaq. Hərçənd ki, buna Ermənistan və Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və antiazərbaycan qüvvələr mane olurlar və olacaqlar da. Ermənistan rəhbərliyinin bu ərəfədə Avropa və ABŞ-a meyillənməsi də Rusiyaya bir mesajdır. Təbii ki, Soçi görüşündə bizi maraqlandıran əsas məsələ dalana girənmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. ATƏT-in Minsk qrupunda təmsil olunan Rusiya SSRİ-nin varisi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlarla bağlı olub. İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, bu, münaqişənin həlli prosesinə öz töhfəsini verəcək”.

A.Nağıyevin fikrincə, əsas məqamlardan biri də Prezident İlham Əliyevin bu görüşdən öncə ABŞ-ın dövlət katibi Reks Tillerson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsidir.

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...