\"Qarabağ\"ın futbolçusu \"Fənərbaxça\"da - FOTO

\
Türkiyənin "Fənərbaxça” klubu aşağı yaş qrupu üzrə komandaları gücləndirməyə davam edir.

Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi bu məqsədlə heyətinə 9 yeni futbolçu cəlb edib.

Bunların arasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə də var.

"Qarabağ”ın futbolçusu "Fənərbaxça”nın U-17 komandasında çıxış edəcək. Vüqar Məmmədin başçılığı ilə U-19 millimizin son təlim-məşq toplanışında iştirak edən Turan daha əvvəllər də "bülbüllər”in formasını geyinib. (Yenicag.az)
 
 


OXŞAR XƏBƏRLƏR