İdman

“Qarabağ”dan rəsmi transfer

“Qarabağ”dan rəsmi transfer

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ” ikinci transferini reallaşdırıb.

"Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar” sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın "Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında "Qarabağ”da keçirəcək.

Braziliyanın "Fluminense” klubunun yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi, daha sonra Almaniya "Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən "Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa”sında keçirib.

"Qarabağ” bir neçə gün əvvəl ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

Ağdam klubu bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930