“Qarabağ”dan qrup ikinciliyinə yüksəldi - VİDEO

“Qarabağ”dan qrup ikinciliyinə yüksəldi -  VİDEO

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Qarabağ" - "Anderlext" oyunu üçün heyətlər müəyyənləşib.

Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyunun  başlamasına dəqiqələr qalsa da, stadionda anşlaq yoxdur. Tribunaların demək olar ki, yarısı boşdur.

Komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros

Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Miqel Markos Madera , Coşqun Diniyev, Əfran İsmayılov, Rudell Pupon

"Anderlext": Proto, Deşaçt, Obradoviç, Mvodji, Najar, Praet, Defo, Gillet, Dendonker, Ezekyel, Okaka

Ehtiyat oyunçular: Roef, Nuytink, Açeampong, Tielemans, Suares, Konte, Sulla.

***

Riçard Almeyda 36-cı dəqiqədə hesabı açır. Hesab 1:0 "Qarabağ"ın xeyrinədir. 

***

Oyunun Almeyda tərəfindən vurulan 1 qolla başa çatır. Bununla da "Qarabağ" qrupda ikinci yerə yüksəlir.