Qarabağda son vəziyyət - Ermənilər kəndləri boşaldır

Qarabağda son vəziyyət - Ermənilər kəndləri boşaldır

Azatutyun xəbər verir ki, Dağlıq Qarabağda aprelin 2-də təmas xətti boyunca gedən qızğın döyüşlər zamanı evlərindən qaçmağa məcbur olan mülkilər yenidən məskunlaşdırılır.

Bu adamların əksəriyyətinin ağır hərbiləşdirilmiş cəbhə xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərindən olduğu xəbər verilir. 
Anspress bildirir ki, 1994-cü ildən bəri tərəflər arasında baş vermiş ən ağır döyüşlər zamanı bu kəndlər Azərbaycan ordusunun hücumuna məruz qalıb.
Ermənilərin nəzarətində olan bu iki kəndin sakinləri bu günədək didərgindirlər və evlərinə qayıda bilmirlər. Eyni sözləri cəbhə xəttinə yaxın olan Ağdərə şəhərinin erməni sakinləri haqqında da demək olar.

Xəbər verilir ki, Talış kəndi artıq 1991-1994-cü illərdə baş vermis döyüşlər zamanı ağır dağıntılara məruz qalmışdı. Bu kəndin 550-dək sakini Ermənistana sığınıb. Əksəriyyəti uşaqlar, qadınlar və yaşlılar olan 130 sakin hazırda Ermənistanın Çarentsavan şəhərindəki qohumlarının evlərində yaşayırlar. Pul kasadlığı keçirən yerli rəhbərlik hər ailəyə yalnız 20 min dram (42 dollar) vəsait ayıra bilib.

Azatutyun yazır ki, 26 yaşlı Ruzanna Sargisyan yenicə doğulmuş körpəsi ilə Talışı tərk edib, lakin onun "Qarabağ ordusunda" xidmət edən əri və qardaşı Qarabağda qalıblar. "Mən ümid edirəm ki, onlar sağ qalsınlar, - deyib gözüyaşlı qadın, - Mən yenidən Qarabağda yaşamaq istəyirəm. Kənddə olmasa da, heç olmasa Stepanakertdə".
Azatutyunun məqaləsində deyilir ki, münaqişənin yenidən qızışacağından ehtiyat edən "Qarabağ hökuməti" Ruzanna kimi insanları təhlükəsiz yerlərə köçürür. "Qarabağ rəsmiləri" tez-tez Ermənistana baş çəkir və Qarabağ qaçqınları ilə görüşürlər.

"Biz Şuşada müvəqqəti sığınacaq açmışıq və vətəndaşlara orada yerləşməyi təklif etmişik" - "Qarabağ baş nazirinin müavini" Artur Ağabekyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna deyib.
Lakin belə görünür ki, adamlar bu təklifdən istifadə etmirlər, çünki Azatutyunun yazdığına görə onlar hazırda Ermənistanın Çarentsavan şəhərində yaşayırlar və "qayıtmağa tələsmirlər".
"Biz Talış tam təhlükəsiz olduqdan sonra, ora yaşamaq üçün qayıdacağıq, - deyib Qayane Abramyan, - Bizim başqa kənddə yaşamaq fikrimiz yoxdur". 
 
Talışdan olan başqa bir sakin, Armen Hayrapetyan - "Stepanakertdən gələn rəsmilərə" deyib ki, bir gün Talışa qayıdıb uçmuş evini tikəcək.
Lakin 33 yaşlı Hayrapetyan bunu da əlavə edib ki, körpə uşaqlarının təhlükəsizliyinə görə ora qayıda bilmir. Ağabekyan da etiraf edib ki, hazırda Talış və ya Madagizdən çıxanların oralara qayıtması təhlükəlidir. "Biz onların həyatını xilas etməliyik", - deyib Ağabekyan. O deyib ki, "həmvətənlərinin qayıtması üçün" əllərindən gələni edəcəklər.


OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...