Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır

Qarabağda keçiriləcək hərbi əməliyyatın kod adı: “Cıdır düzü” – Təklifin dəstəkçiləri artır

"Hərbi əməliyyatın necə adlandırılacağından asılı olmayaraq, münaqişənin başqa həll yolu yoxdur”.


Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pinarı” hərbi əməliyyatından sonra Azərbaycanın da işğal edilmiş torpaqları azad etmək üçün "Cıdır düzü” adlı əməliyyatlara başlamasının vacibliyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən, ADP sədri Sərdar Cəlaloğlu deyib:

 

"Azərbaycan əslində öz torpaqlarını işğaldan azad etmək üçün hansısa bir nümunəyə istinad etməməlidir. Beynəlxalq hüquqa görə, aqressiyaya məruz qalan ölkənin istənilən vasitədən istifadə etməklə ərazilərini azad etməyə tam haqqı var. Türkiyə təcrübəsi göstərir ki, hər yerdə və hər şeydə beynəlxalq dairələr öz marağını güdür. Ona görə də beynəlxalq dairələrin bu kimi haqsız tələblərinə məhəl qoymamalıyıq. Azərbaycan adını nə qoyurlarsa qoysunlar, mütləq hərbi vasitədən istifadə etməklə Dağlıq Qarabağı azad etməlidir. Bu zaman Türkiyə və Pakistan kimi ölkələrlə hərbi müqavilələr də bağlamalıyıq. Çünki Ermənistan bu halda, Fransa və ya digər dövlətlərin imkanlarından istifadə edə bilər. Azərbaycan isə ermənilərin beynəlxalq dəstəyini neytrallaşdırmaqla ərazilərimizin işğalına son qoymalıdır. Azərbaycan torpaqları öz gücü ilə tamamilə işğaldan azad etmək güc və imkanına malikdir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...