“Qarabağ”da ciddi itki - Legioner “Dudelanj”la oyunu buraxacaq

“Qarabağ”da ciddi itki - Legioner “Dudelanj”la oyunu buraxacaq
 

Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən "Zirə" ilə matçda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun son durumuna aydınlıq gəlib. 

Sfera.az  klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında "Sumqayıt" (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la (3 oktyabr) görüşləri dəqiq buraxacaq.


Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.


OXŞAR XƏBƏRLƏR