Qarabağ erməniləri arasında mübarizə silahlı müstəviyə keçdi

Qarabağ erməniləri arasında mübarizə silahlı müstəviyə keçdi

Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayanın tərəfdarlarının yolu kəsilib və onlara tərəf atəş açılıb.

Erməni KİV-in yazdığına görə, bu barədə Samvel Babayanın ofisindən informasiya yayılıb.

"29 may tarixində, saat 03:30 radələrində Sevan-Martuni yolunda Samvel Babayanın tərəfdarları qarabağlılara məlum olan dəstə tərəfindən təqib edilib. Onlar yolu kəsərək atəş açıblar. Videokameralar yolun bu hissəsində sözügedən dəstənin marafonunu qeydə alıb”, - deyə bəyanatda bildirilib.

Bəyanatda söhbətin Qarabağ separatçılarının keçmiş "baş naziri” Araik Arutyunyanın himayədarlıq etdiyi gənclərdən-Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyandan getdiyi qeyd olunub.

"İnsidentin Ermənistan ərazisində baş verdiyini, zərərçəkənlərin isə Ermənistan vətəndaşı olduğunu nəzərə alaraq, səlahiyyətli orqanları, xüsusən Milli Təhlükəsizlik Xidmətini bu dəstəni tapmağa və zərərsizləşdirməyə çağırırıq”, - bəyanatda vurğulanıb.

Bəyanat müəllifləri, həmçinin hüquq-mühafizə orqanlarının tədbir görməyəcəyi halda "analoji tədbirləri görmək və eyni tərzdə cavab vermək”lə bağlı xəbərdarlıq ediblər.

Babayanın ofisi hadisəyə dair fotoları hüquq-mühafizə orqanlarına təhvil verməyə hazır olduqlarını da açıqlayıb.


OXŞAR XƏBƏRLƏR