\"Qarabağ bəyləri erməni qızların açıq-saçıqlığını görə onlara yalvarırdı\"

\
 "Vaxtilə erməniləri Azərbaycan ərazilərində eyş-işrət həyatı sürən Qarabağ bəyləri saxlayıb, himayə edib. Erməni qadınlarının açıq-saçıq həyat tərzi XVII əsrdə mövcud olan Qarabağ bəylərini ovsunlamışdı. Ona görə də Qarabağ bəyləri erməni qızlarının açıq-saçıqlığını görüb, onların Azərbaycanda qalması üçün az qala yalvarırdılar”.

Sfera.az
 xəbər verir ki, bu fikirləri ölkə.az-a müsahibəsində tanınmış yazıçı publisist, siyasi analitik, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun köməkçisi Tahir Cəfərli bildirib. 

T.Cəfərli deyib ki, həmin dövrdə ermənilər Rus Çarının planı ilə Rusiya ərazilərinə köçürülməli idi: 

"Ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi Aleksandr Qriboyedov tərəfindən həyata keçirilib. Aleksandr Qriboyedovun yazışmaları da göstərir ki, ermənilər Qarabağda qalmamalı idilər. Çarın planına görə, ermənilər Rostova köçürülməli idilər. I Nikolayın erməniləri Qafqazdan Rostova köçürməsinin səbəbi Rostovu dağıstanlılardan qorumaq idi. Xristian ermənilərin Rostovda yerləşdirilmə planı ilə ruslar dağıstanlılardan gözlənilən hücumların qarşısını almaq istəyirdi. Hətta, XVIII əsrin sonlarında Rus İmperiyası Osmanlı İmperiyası ərazisində yaşayan ermənilərə himayədarlığı da öz üzərinə götürmüşdü. Buna görə də həmin dövrdə İranda yaşayan ermənilərin Qafqaza köçürülməsi başlamışdı. Amma Qafqaz hərbi yolu bağlanılandan sonra ermənilərin bir qismi Qarabağda qaldılar. Hətta, ermənilər Azərbaycanda yaşamalarına icazə verildiyi üçün 1978-ci ildə Qarabağda keçirilən toplantıda Azərbaycana təşəkkür edib. Həmin toplantı zamanı ermənilər özləri də etiraf edirdi ki, onlar Rusiya ərazilərinə köçürülməli idi. Ancaq o dövrdə Azərbaycan bəylərinin qonaqpərvərliyi və ermənilərə sahib çıxmasına görə ermənilər Rusiya ərazilərinə köçməkdən imtina edib. Bundan sonra da ermənilər həyasızlıq edib, Azərbaycan ərazilərində qalmağa başladılar. Təsəvvür edin ki, həmin dövrdə Azərbaycan xalqı ermənilərin Qarabağa köçürülməsinə razı olmadığı halda bir sıra nüfuzlu şəxslər və bəylər ermənilərin torpaqlarımızda qalıb yaşamasına icazə verdilər”. 

T.Cəfərli ermənilərin Azərbaycanda qalmasına icazə verilməsini tarixi səhv adlandırıb: 
"Bu, böyük səhv idi ki, bu gün onun əziyyətini çəkirik. Qarabağ bəylərinin ermənilərə Azərbaycanda yaşamasına icazə verməsini sübut edən minlərlə tarixi faktlar var. Ermənilər Azərbaycan ərazilərində yaşayıb artandan sonra 1905-ci ildə torpaq iddialarına başladılar. Daha sonra ermənilər 1918-ci il hadisələrini törətdilər. Həmin dövrdə biz erməniləri Qarabağa buraxmaqla özümüzə düşmən yaratmışıq. Ermənilərin xislətində var ki, ona yaxşılıq edən zaman ancaq pislik görərsən!”.

T.Cəfərli qeyd edib ki, Azərbaycan xalqı ermənilərin simasız olduğunu 1905-ci ildən sonra anlayıb:

"Mən ermənilərlə bağlı bir çox araşdırmalar aparmışam. Ermənilər oğru millətdir. Başqa xalqların mədəniyyətini, ərazilərini, adlarını oğurlamağı, mənimsəməyi sevirlər. Ermənilərin özləri kimi, dostluğu da yalandır. Hətta, ermənilərin bu gün Rusiya ilə münasibətləri də yalançı dostluqdur”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...