Hadİsə

Qanunsuz silah gəzdirən şəxslər saxlanılıb

Qanunsuz silah gəzdirən şəxslər saxlanılıb
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb.
 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
 

Faktla bağlı cinayət işi başlanılıb.
 
AdRiver

XƏBƏR LENTİ