\"Qalatasaray\" 2 futbolçu aldı

\
"Qalatasaray” Portuqaliyanın "Çaves” klubunun müdafiəçisi Markao və  "Bursaspor”dan ayrılan Əmrə Taşdəmiri transfer edir.
 
İstanbul klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "sarı-qırmızılar” hər iki futbolçu ilə danışıqlara başladığını açıqlayıb.
 
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Qeyd edək ki, iki mövsümdür Portuqaliya çempionatında oynayan 22 yaşlı Markao bu mövsüm 23 oyunda 3 qol vurub. 23 yaşlı sol cinah müdafiəçisi Əmrə isə bu mövsüm Bursa təmsilçisinin heyətində sadəcə, 1 oyunda meydana çıxıb.

OXŞAR XƏBƏRLƏR