Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı - FOTO

Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı - FOTO
 Fransanın O-de-Sen departamentindən olan hakim Suad Meslem onu başqa qadına görə atan ərindən qeyri-adi yolla intiqam alıb. Belə ki, o, saxta sənədlərlə keçmiş əri ilə yenidən evlənib. 
 
Sfera.az xəbər verir ki, Suad Meslem vəkil ərinin onu hüquqi məsələlər üzrə müşavir olan qadına görə atmasını bağışlaya bilməyib.
 
2019-cu ilin mart ayında o, lazımi sənədləri və şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq həmin dövrdə işlədiyi Reyunyon departamentində evlənib. Qadınla əlbir olan başqa bir kişi özünü onun əri kimi təqdim edib. Nikah keçmiş ərin razılığı və xəbəri olmadan baş tutub. Hakim bu yolla ərinə yeni sevgilisi ilə bir yerdə yaşamağa mane olmaq istəyib. 
 
Keçmiş ər sabiq arvadı ilə yenidən evləndiyindən bir müddət xəbərsiz yaşayıb. Lakin saxta evlilikdən bir neçə həftə sonra hakim yenidən O-de-Senə köçürülüb. Burada təsadüfən həmkarları onun keçmiş əri ilə evləndiyini öyrəniblər.
 
Keçmiş ər xəbəri eşidəndə və sübutları görəndə şoka düşüb. O, dərhal bu barədə hökumətə xəbər verib.
 
Dekabr ayında Suad Meslem qızı və əri rolunu oynayan kişi ilə bir yerdə saxlanılıb.
 
Qadın hələ də hakim statusunu saxlayıb, lakin xidməti vəzifələri yerinə yetirməkdən kənarlaşdırılıb. İş məhkəməyə göndərilə bilər. Bu halda onu 10 il müddətinə azadlıqdan məhrumetmə və 150 min avroya qədər cərimə gözləyir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...