PUTİNİN QARABAĞI QAYTARMAQ PLANININ İNANILMAZ SİRRİ

PUTİNİN QARABAĞI QAYTARMAQ PLANININ İNANILMAZ SİRRİ

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi "Kazan düsturu” planının sirri ortaya çıxıb.

Ermənistanın "lragir” saytı Moskvanın münaqişəni həll edərək bölgə ölkələrinin dəmir yolları şəbəkəsini birləşdirməyi planlaşdırdığını yazıb.

"Ermənistanda dəmiryolları şəbəkəsinə nəzarət Rusiyaya verilib. Rusiya Ermənistan, Türkiyə və Azərbaycan da daxil olmaqla bölgənin dəmiryolları şəbəkəsini birləşdirməyi düşünür. Ehtimal ki, Moskva "Kazan düsturu” ilə Qarabağ münaqişəsini həll edərək, bunu reallaşdırmaq istəyib. Yəni, münaqişə həll olunmalı, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətləri düzəlməli, bundan sonra lazımı addımlar atılmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov da oktyabrın 14-də İrəvanda bildirdi ki, Türkiyə ilə sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”, – deyə sayt yazıb.

Qeyd edək ki, "Kazan düsturu” 2010-cu ildə həmin vaxt Rusiyanın prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən prezidentlərin Kazan görüşündən sonra gündəmə gəlib. Bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən olunur. Bölgəyə sülhməramlılar yerləşdirilir. Ən sonda Qarabağın yekun statusu məsələsi həll olunur.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...