Putinə \"Paşa\" ləqəbli it hədiyyə edildi - VİDEO

Putinə \
Serbiya prezident Aleksandr Vuçiç bu ölkəyə səfər edən Rusiyanın dövlət başçısı Vladimir Putinə dörd aylıq, "Paşa" ləqəbli Şar-Planin iti hədiyyə edib.

Serbiya lideri vurğulayıb ki, bu, çox ağıllı və sədaqətli, amma inadkar xarakterli küçükdür. Bildirilir ki, Şar-Planin iti soyuğa dözümü, canavar və ayılara qarşı qorxmaz mübarizəsi ilə məşhurdur.

Onun cinsi Şar-Planin dağlıq massivinin şərəfinə Şar-Planin iti adlandırılıb. Mətbuat vurğulayıb ki, küçüyün "çox ciddi nəsli" var.

Yeri gəlmişkən, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da ötən ilin sentyabrında Putinə "Sadiq" ləqəbli küçük hədiyyə edib.

Daha əvvəl məlum olub ki, Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub.

Report.az




OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...