Pulsuz plastik kart qazanmaq şansı!

Pulsuz plastik kart qazanmaq şansı!
 

Nağdsız ödənişlərin təşviqatı üzrə daim maarifləndirici və həvəsləndirici layihələri ilə seçilən Expressbank yenidən müştərilərini sevindirməyə tələsir.

Sfera.az Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə keçiriləcək "Nağdsız Cəmiyyət Günləri” layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində Expressbank "Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniyasınıı keçirəcək. Bu kampaniya hesab.az online ödəmələr portalının istifadəçilərinə Expressbank-dan pulsuz Expresso plastik kartı qazanmaq imkanını yaradır.

Belə ki, 31 oktyabr – 7 noyabr tarixlərində hesab.az ödəniş portalının istifadəçiləri 10000 bonus müqabilində Expressbank-dan pulsuz və ilkin mədaxil tələbi olmayan 1 il müddətinə 1 ədəd Expresso kartı sifariş edə biləcəklər.

Expresso – əlavə gəlir gətirən və təmassız ödəniş imkanı yaradan debet kartıdır. Karta yerləşdirilən vəsaitə görə illik 3% gəlir əldə etmək mümkündür. Həmçinin, tərəfdaş satış nöqtələrində kartla alış-veriş edərkən xərclənən məbləğdən 30%-dək cashback, qeyri-tərəfdaş satış nöqtələrində isə 0,3% cashback qazanmaq imkanı yaradır.

 

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...