Problemli kreditlərlə bağlı proqnoz: \"Belə davam edərsə...\"

Problemli kreditlərlə bağlı proqnoz: \
"Əhalinin borcu o qədər də çox deyil".
 
Bu sözləri Sfera.az saytına problemli kredit məsələsi ilə bağlı danışan bank üzrə ekspert Əkrəm Həsənov deyib. 
  
Onun sözlərinə görə, kredit borclarının artması iqtisadiyyata mənfi təsir göstərəcək:
 
"Açıqlanan 2 milyard kredit yalnız əhalinin krediti deyil. O siyahının içində həm sahibkarların, həm hüquqi şəxslərin, həm də bəzi şirkətlərin kreditləri də var. 2 milyarddan əhaliyə düşən pay demək olar ki, miqdarın yarısından da azdır. Sadəcə bu miqdar açıqlandıqda statistika elan edilmir. Əhaliyə düşən hissəni ayrılıqda statistik şəkildə göstərmirlər. Mən bir ekspert kimi deyə bilərəm ki, əhalinin borcu o qədər də çox deyil. Buna baxmayaraq bank sistemi o qədər də böyük olmayan, Azərbaycan kimi bir dövlətdə 2 milyard manat problemli kreditin olmağı böyük problemdir. Və təssüf ki, bu rəqəm get gedə artır. Belə davam edərsə, bu ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərəcək. Demək olar ki, artıq göstərib. Təqribən 2 ildir ki, verilən kreditlər geri alına bilmir və bu da iqtisadiyyatın, eləcə də bank sektorunun zəifləməsinə gətirib çıxarır. Bu gün də bir sıra banklarımızda bu təhlükə var. Bankların bağlanmağı iqtisadiyyata da zərbə vurur, belə ki kreditləşdirməni azaldır və real iqtisadiyyata pul çatmır. Bunun nəticələri isə göz qabağındadır. İşsizlik problemi də bununla sıx bağlıdır”.
 
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən hazırlanan bülletenlərdə vaxtı keçmiş kreditlərin sürətlə artdığı göstərilir. Hazırda ölkədə geri qayıtmayan kreditlərin ümumi məbləği 2 milyard manata çatıb.
 
 



Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...