Problemli kreditlərin həlli fonunda onu vaxtında ödəyənlərə də güzəşt olmalıdır, əks təqdirdə…

Problemli kreditlərin həlli fonunda onu vaxtında ödəyənlərə də güzəşt olmalıdır, əks təqdirdə…
"Problemli kreditlər məsələsinin həllinin müsbət məqamları ilə yanaşı, neqativ tərəfləri də yox deyil”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda problemli kreditlərin həll edilməsinə doğru ilkin hərəkətlərin atılması fonunda onun baş verməsinin ölkə iqtisadiyyatı və bank sektoru üçün hansı müsbət və mənfi tərəflərinin ola biləcəyinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirdi ki, problemli kreditlərlə bağlı məsələnin həll edilməsi fonunda burada neqativ amili yaradanlar qismində həmin ana qədər aldığı kreditləri vaxtlı-vaxtında ödəyən müştərilər çıxış edə bilərlər:

"Belə ki, bu günə qədər kreditləri vaxtlı-vaxtında ödəyən vətəndaçlarımız da var. Onların da sayı kifayət qədərdir. Problemli krediti olan vətəndaşların sayı 700 minə yaxındırsa, ümumi kreditləri olan əhalinin sayı isə 2,3 milyon nəfərə qədərdir. Belə çıxır ki, kredit alanların 1,6 milyon nəfəri zamanında öz kreditlərini ödəyib və yaxud da vaxtında ödəməkdə davam edir. 
Bu mənada problemli kreditlərin həlli fonunda həmin kateqoriyadan olan kredit alanlara hər hansı bir güzəşt olmasa, bu zaman onlarda da xəyal qırıqlığı yaranacaq. Belədə həmin sözə baxan vətəndaşlarımız da presedentdən istifadə edərək gələcəkdə götürdükləri kreditləri gecikdirə və hətta qaytarmamaqla bağlı qərar verə bilərlər. Bu minvalla ki, onsuz da nə vaxtsa dövlət yenə də bağışlayacaq. Belə bir hal yaransa, o zaman bir müddətdən sonra bank sektoruna böyük ziyanlar gətirə bilər və problemli kreditləri həcmi bir müddətdən sonra kəskin arta bilər”. 
Müsbət məqamlara gəldikdə isə, ekspert bildirdi ki, məsələnin həlli iqtisadiyyat və bank sektorunda müəyyən canlamaya rəvac verəcək: 
 
"Təbii ki, problemli kreditlərin həllilə iki devalvasiyadan sonra təkcə həmin problemlə üzləşən əhalinin maraqları təmin olunmayacaq. Bu müstəvidə həm də banklar qazanacaq. Çünki problemli kreditlərin həllilə daha çox banklara yardı olunması gözlənilir. Bu günə qədər yaranmış vəziyyətlə əlaqədar olaraq əhalinin banklara ödəmədiyi problemli kreditlərin həcmi təxminən 1,8 milyard manata yaxındır. Bu qədər vəsaitin bütünlüklə banklara köçürülməsi baş versə, həmin halda sözügedən maliyyə mənbələri əlavə vəsaitlər əldə edəcəklər. Hansı ki, əlavə vəsaitlərin əldə edilməsi kreditləşmənin də sürətlənməsinə gətirib çıxaracaq. Yəni həmin situasiyada banklar əvvəlki dövrə nisbətən daha çox kredit verməyə başlayacaqlar ki, bu da öz növbəsində iqtisadiyyatın canlanmasına, əhalinin kreditlərə yönəlməsinin asanlaşmasına səbəb ola bilər. Yaranmış vəziyyət də öz növbəsində iqtisadiyyatın çarxlarının dönməsinə,  kreditlər vasitəsilə iqtisadiyyatımıza daha çox vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...