Prezidentin yeni mesajları: "Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanıb"

Prezidentin yeni mesajları:
"Azərbaycanın enerji sektoruna xarici neft şirkətlərinin cəlb olunması müstəqilliyin gücləndirilməsi və gələcək uğurlu inkişafın təmin edilməsi məqsədi daşımışdır”.

Bu fikirlər Prezident İlham Əliyevə məxsus "twitter” hesabından (@azpresident) paylaşılıb.

Prezident bildirib ki, Azərbaycan önəmli neft-qaz ixracatçısına çevrilib və əldə olunmuş gəlirləri əsasən qeyri-neft sektorunun inkişafına yönəldib.

Ölkə başçısı "Son illər Azərbaycanın neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalmış, ÜDM istehsalında neftin payı 30 faizə enmişdir” - deyə yazıb.

Prezident İ.Əliyev onu da qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, özəlləşdirmə, biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, irimiqyaslı islahatlar həyata keçirilir.

Dövlət başçısı "Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanmışdır. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir”- deyə vurğulayıb.

"Qarşıdan gələn illərdə nəzərdə tutulmuş planlar uğurla həyata keçirilərsə, Azərbaycan neftdən asılılığı tamamilə aradan qaldıracaqdır" - deyə Prezident İ.Əliyev əlavə edib.

Prezident qeyd edib ki, "Cənub” qaz dəhlizi sayəsində Avropanın enerji mənbələri şaxələndiriləcək, onminlərlə yeni iş yeri yaranacaq.

Prezident İ.Əliyev "Təkcə Azərbaycan deyil, BMT başda olmaqla, dünyanın aparıcı təşkilatları Ermənistanı işğal faktına görə günahlandırırlar” - deyə vurğulayıb.

Sonda dövlət başçısı Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini də xüsusi olaraq, qeyd edib: "Azərbaycan erməni xalqını deyil, Ermənistan hökumətini Xocalı soyqırımını törətdiyinə görə ittiham edir.

Ermənistan öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünün iztirabına görə günahlandırılır.

Ermənistan və Azərbaycan arasında etimadın artırılması və əməkdaşlığın qurulması üçün ilk növbədə torpaqlar işğaldan azad edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...