Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə: "Həyatımın ən həyəcanlı anı idi" - MÜSAHİBƏ

Prezidentin qarşısında çıxış edən 17 yaşlı Mahirə:

Prezident qarşısında çıxışı böyük diqqətə səbəb olan Bakı Ali Neft Məktəbinin tələbəsi Mahirə Əsədzadə AZXEBER.COM-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Mahirə ötən həftə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə etdiyin çıxış ölkədə böyük diqqətə səbəb oldu. Bəs cənab Prezidentin qarşısında bu çıxışı edərkən hansı hissləri keçirirdin?

- Noyabrın 8-i Heydər Əliyev mərkəzində cənab Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə öz ali məktəbim adından çıxış etməyim mənə sözlə ifadə edilməz qürur hissi yaşatdı. Hətta həyatımda indiyədək yaşadığım ən həyəcanlı an deyə bilərəm. Bu hadisədən sonra bir daha BANM-ə qəbul olmağımın nə qədər doğru bir seçim olduğunu anladım.

-Sizi tanımayanlar üçün ali məktəblərə qəbul imtahanında 700 bal toplamışMahirə Əsədzadə kimdir?

- Mən, Əsədzadə Mahirə 27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 2006-2008-ci illərdə Laçın rayonu 40 nömrəli məktəbdə almışam, 2008-2017-ci illərdə isə Bakı şəhəri 162 nömrəli tam orta məktəbifərqlənmə attestatı ilə bitirib, Fəxri fərmanla təltif olunmuşam. Dövlət İmtahan Mərkəzinin 2016-2017-ci tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmuşam.

-Mahirə çıxışın zamanı söyləmişdin ki, uşaqlıqdan ən böyük arzun neftçi olmaq və SOCAR ailəsinə qoşulmaq olub. Bu arzuyla yaşayan minlərlə gənc var. Bəs bu arzuya nail ola bilmək üçün hansı addımları atmaq lazımdı?

- Bəli, çoxlarımız elə uşaqlıq arzularımızın arxasınca gedirik. Düşünürəm neftçi olmaq, peşəkar neft mühəndisi olmaq istəyən bir gənc ilk növbədə ali məktəb seçimini düzgün etməlidir. Çünki hər şey ordan başlayır. Məsələn, BANM mənim hərtərəfli mühəndis kimi yetişməyimi təmin edir. Çünki biz təhsillə bərabər, həm də istehsalatın içindəyik.

-Seçimin niyə məhz Bakı Ali Neft Məktəbi olub, buranı fərqləndirən sənin üçün nədir?

- Bakı Ali Neft Məktəbinin tələbələri qarşısında açdığı imkanlar tamam başqadır. Eyni zamanda burada dərslərin xarici dildə tədris olunması, ödənişsiz təhsilin olması, nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı təcrübə və praktikaların çoxluğu, xarici ölkələrdə təhsil imkanının yaradılması, transmilli şirkətlərlə əməkdaşlıq - bunların hamısı birlikdə məhz BANM-dədir.

 

-Səni həyatda ən çox motivasiya edən nədir?

- Məni daha çox ruhlandıran gördüyüm işin nəticəsidir. Proses uzun müddət davam etsə də, əldə edəcəyim uğur, işin nəticəsi mənə ruh yüksəkliyi bəxş edə bilər.

 

-Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətin nə olardı?

- Ali məktəblərə seçim qarşısında olan tələbələrə demək istəyirəm ki, özünüzü görmək istədiyiniz yerə uyğun ixtisaslaşmış, tələbələrə daha çox karyera imkanları tanıdan, 4-5 ilin sonunda sadəcə diplom kağızı deyil, eyni zamanda çoxseçimli iş təklifləri ilə sizə imkanlar açacaq, zəngin bilik, bacarıq və təcrübə qazandıracaq bir təhsil ocağı seçin. Əgər peşəkar bir mühəndis olmaq istəyirsinizsə, əlbəttə ki, Bakı Ali Neft Məktəbi sizin ən uğurlu seçiminiz olardı.

Sfera.az

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...