“Prezident şəxsən Azad Rəhimova tapşırıq verib ki...” - FOTO

“Prezident şəxsən Azad Rəhimova tapşırıq verib ki...” -  FOTO

Hazırda Mili Olimpiya Komitəsində Rövnəq Abdullayevin Cüdo Federasiyasının prezidenti postuna seçilməsi ilə bağlı təqdimat keçirilir. 

Sfera.az xəbər verir ki "qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov açıqlamasıdna bildirib ki, Füzuli Әlәkbәrov әrizә yazaraq istefa verib:

"Bir müddәt öncә cüdoçular prezidentә qurumdakı vәziyyәt barәdә şikayәt ediblər. Prezident nazir Azad Rәhimova şәxsәn tapşırıq verib ki, vәziyyәtlә maraqlansın. Bu gün dә bura Cüdo Federasiyasının prezidentini seçmәk üçün yığışmışıq".

Gənclər və idman naziri Azad Rәhimov çıxışında deyib ki, Milli Olimpiya Komitәsi bizi qәrargahımızdır:

"Mәn şәxsәn idmançılara baxıb qürur hiss keçirirәm. Cüdo vacib idman növüdür. Burada bizim uğur qazanmış, nәaliyyәtlәr әldә etmiş idmançılarımız var. Әfsuslar olsun ki, son vaxtlar ACF-dә gedәn işlәr İdman Nazirliyini qane etmir. Mәn tәnqidi fikirlәrlә çıxış etmәk istәmirәm. Siz mәqamları bizdәn yaxşı bilirsiz. Vaxt gәlib vә ACF-dә dönüş olmalıdır. Yeni bir dönәm, cüdoda yeni bir qan yaratmaq lazımdır. Azәrbaycan idman ölkәsidir. Bütün xalq cüdoçulardan qәlәbәlәr gözlәyir.

20 ildәn artıqdır ki, Federasiyanın prezidenti Füzuli Әlәkbәrov idi. Onun dövründә uğurlar da olub, düz getmәyәn işlәr dә . Son vaxtlar vәziyyәt pis idi. Cәnab prezidentә vəziyyətlə bağlı mәruzә olunub. Bildirildi ki, dәyişiklik olmalıdır. Belә qәrara alındı ki, Rövnәq Abdullayev Cüdo Federasiyasına prezident olsun. Bu indi səsvermәyә qoyulacaq. Rövnәq müәllimin digәr işlәri bәllidir. Әgәr siz Rövnәq müәllimi prezident seçsәniz, bu, bizi uğura aparacaq".

Rövnәq Abdullayev isə çıxışında ilk növbәdә onu bu vәzifәyә tövsiyә edәn hәr kәsә tәşәkkür edib. "Cüdo Azәrbaycanın әn mәşhur idman növlәrindәn biridir. Cüdomuz üçün әlimdәn gәlәni etmәyә hazıram. İnkişaf etmәsi üçün şәrait yaratmağa çalışacam. İnanıram ki, cüdomuz digәr idman növlәri kimi inkişaf edәcәk. Çalışacağam ki, etimadınızı doğruldum".

Daha sonra səsvermə keçirilib və Rövnəq Abdullayev rәsmәn Cüdo Federasiyasının prezidenti seçilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...