Prezident İlham Əliyevin təşəbbüsünə beynəlxalq dəstək gəldi - FOTO

Prezident İlham Əliyevin təşəbbüsünə beynəlxalq dəstək gəldi - FOTO

Bu gün Bakıda  "Beynəlxalq İƏT Modeli" Gənc Liderlər Zirvəsi öz işinə başlayıb.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən IV İslam Həmrəylik Oyunları ərəfəsində İƏT ölkələri gənclərinin həmrəyliyini inkişaf etdirəcək xüsusi gənclik proqramının keçirilməsi barədə qərar qəbul edilib. Həmin qərara əsasən, bu gün Gənclər və İdman Nazirlyi və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İƏT Gənclər Forumu) təşkilatçılığı ilə "Beynəlxalq İƏT Modeli Gənc Liderlər Zirvəsi" öz işinə başlayıb.

Sfera.az xəbər verir ki, İƏT-in 35 üzv-ölkəsini təmsil edən 100-ə yaxın gənc lider və gələcək diplomatın iştirak etdiyi Zirvə toplantısı 2 gün davam edəcək.

Quran ayələrinin oxunuşu ilə başlayan tədbirin açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov, BMT-nin Mədəniyyətlərarası dialoq üzrə Ali Nümayəndəsi Naser Əbdüləziz əl-Naser, Türkiyə Nazirlər Kabinetinin İctimai Diplomatiya üzrə Baş koordinatoru Ali Osman Öztürk,  Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İslam Həmrəylik Oyunları Federasiyasinin Baş katibi Feysal Əl-Nasir, İƏT İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin Baş direktoru Musa Kulaklıkaya, Boğaziçi Universitetinin rektoru professor Mehmet Özkan çıxış ediblər. Tədbirdə həmçinin İƏT-nin Baş katibi Yusif əl-Üseyminin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov son illər ərzində İƏT Gənclər Forumu ilə birgə keçirilən milli "İƏT Modeli" proqramından 1000-ə yaxın gəncin məzun olduğu, 2018-ci ildə Azərbaycanın İƏT Gənclər və İdman Nazirləri Konfransına ev sahibliyi edəcəyi və bu istiqamətdə İƏT Gənclər Forumu ilə səmərəli əməkdaşlıq barədə məlumat verib. Nazir qeyd edib ki, bu sahədə görülən işlər Azərbaycan Prezidentinin milli və beynəlxalq səviyyələrdə gəncliyin intellektual inkişafına yönəlik əməkdaşlığa verdiyi mühüm əhəmiyyətin bariz nümunəsidir.

İƏT Baş katibi Y.Əl-Useyminin isə müraciətində İslam Həmrəylik Oyunlarının yuksək səviyyədə təşkil edilməsi münasibətilə Azərbaycanın Birinci Vitse-Prezidenti, 4-cü İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Onun fikrincə, "İƏT Model Gənclər Zirvəsi"nin məhz İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilməsinin gəncliyin həm fiziki, həm də intellektual inkişafına verilən önəm kimi əhəmiyyət daşıyır. Qeyd edilir, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumuna ötən il İƏT-nin hökümətlərarası gənclik siyasəti üzrə Katibliyi funksiyası verilib. Baş katibin fikrincə, bu İslam ölkələri arasında gənclik sahəsində daha effektiv əməkdaşlıgın həyata keçirilməsi, gənc nəslin sağlam və geniş dünyagörüşə malik formada inkişafında mühüm rol oynayacaq.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov çıxışında dünyanın 70-dən artıq universitetində keçirilən "İƏT Modeli" oyunlarında onminlərlə gənc lider və gələcək diplomatların iştirak etdiyini və onun müasir intellektual hərəkata çevrildiyini qeyd etdi. Onun sözlərinə görə, Bakı Zirvəsi ərəfəsində bu hərəkatın nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin "İslam Həmrəylik İli" elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq, 2017-ci ildən etibarən İslam Dünyası Gənclik Gününün təsis edilməsi haqda təkliflə çıxış ediblər. E.İskəndərov təklifin İƏT Gənclər Forumu İdarə Heyəti tərəfindən irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, ilk İƏT Gənclik Gününun "Fəaliyyətdə İslam Həmrəyliyi" şüarı altında bu ilin sentyabr ayının 3-də kecilrilməsi nəzərdə tutulur və bu barədə müvafiq qərar layihəsi 12 may tarixində Bakıda keciriləcək İƏT Gənclər Nazirləri Daimi Şurasının gündəliyinə daxil edilib.

BMT-nin Mədəniyyətlərarası dialoq üzrə Ali Nümayəndəsi Naser Əbdüləziz əl-Naser Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın gəncliyin inkişafı üçün vizyonunun və həyata keçirdiyi işlərin beynəlxalq əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər natiqlər Azərbaycan Prezidenti İlham Əliyevə İƏT coğrafiyası gənclərinin həmrəyliyi və intellektual inkişafı ücün mühüm əhəmiyyət kəsb edən Zirvəyə ev sahibliyi etdiyi ucun dərin təşəkkürünü bildiriblər. Qeyd edilib ki, bu və "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən digər tədbirlər Azərbaycan dövlətinin ümumi müsəlman həmrəyliyinin artırılması, gənclərin radikallaşmasının qarşısının alınması, dünyada artmaqda olan islamofobiya kimi neqativ tendesiyalarla mubarizə istiqamətlərində atdığı mühüm addımlardandır.

Qeyd edək ki, "Fəaliyyətdə Həmrəylik" şüarı altında 2 gün davam edəcək Gənclər Zirvəsində İslam ölkələrinin iqtisadi inteqrasiyası, islamofobiya və radikalizmə qarşı yaradıcı üsullarla mübarizə, münaqişə zonalarında insan haqları müdafiəsi, o cümlədən Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-huquqi qiymətin verilməsi istiqamətində gənclik fəalliyyətlərinin rolu,  müsəlman ölkələrinin müasir çağırışlara cavab verəcək inkişafı yollarının araşdırılması və s. mövzularla bağlı akademik təlimlərin keçiriləcək və çoxtərəfli diplomatiya çərçivəsində qərar qəbuletmə mexanizmləri işlənəcək.

Tədbirdə İƏT-ə üzv 35 ölkənin 70-ə yaxın universitetindən "İƏT Model" klublarının keçirdiyi müsabiqələrin qalibi olaraq seçilmiş 100-ə yaxın gələcək diplomatın, beynəlxalq təşkilat rəhbərlərinin, İƏT üzv ölkələrdən gəlmiş nüfuzlu elm xadimləri, BMT və İƏT-in yüksək səviyyəli nümayəndələrinin, Azərbaycan və Türkiyənin dövlət təmsilçiləri və aparıcı universitetlərinin professorlarının iştirak edir. Sabah keciriləcək yekun iclasda qalib heyətlərin mükafatlandırılması, yekun qəbul edilmiş qərarların və Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

milli.az








OXŞAR XƏBƏRLƏR