Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Münxendə bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

19:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə "Kaspersky Lab" şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Kaspersky Lab" şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulandı. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparıldı.

----------

11:15

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə "MAN SE" şirkətinin baş icraçı direktoru Yoaxim Dris ilə görüşüb.

Görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. Dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün "MAN SE" şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət etdi.

X X X

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu dedi. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğuladı, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirdi. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini dedi.

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğuladı, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışdı. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlətimizin başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd etdi.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...