Gündəm

Prezident İlham Əliyev 12 milyon manat ayırdı

Prezident İlham Əliyev 12 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı - "İmamzadə"

 kompleksi -Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara

 alıram:

1. Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə 

tutulmuş vəsait hesabına "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə 

maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031