Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi

Prezident əlil gənci Türkiyəyə müalicəyə göndərdi – Nənəsi xahiş etmişdi

Prezident İlham Əliyevin göstərişi ilə Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə salınıb.

Bu barədə "Report”a açıqlamasında Z.Muradov özü məlumat verib. O bildirib ki, əməliyyat İstanbul şəhərində xəstəxanalardan birində olacaq.

Onu səfərdə Heydər Əliyev Fondunun əməkdaşları müşayiət edir.

"Ümid edirəm ki, hər şey yaxşı olacaq”, – deyə, Z.Muradov əlavə edib.

M.Zamanov deyib ki, Prezident İlham Əliyevin onun gözlərindən əməliyyat olunması üçün verdiyi göstərişi televiziya vasitəsi ilə eşidib:

"Prezident bizim rayona səfərə gələn zaman nənəm dövlət başçısından xahiş etmişdi ki, müalicə üçün köməklik göstərsin. Mənim bundan xəbərim olmayıb. Mən bunu televiziyada gördüm. Həmin an nə hiss keçirdiyimi ifadə edə bilmirəm.

Prezident də elə həmin gün tapşırıq vermişdi və elə həmin gün də Heydər Əliyev Fondundan mənə zəng etdilər. Fondun əməkdaşları əvvəlcə məni müayinə üçün Bakıdakı xəstəxanalara apardılar. Sonda qərar verildi ki, İstanbulda əməliyyat olunum. Mən valideynlərimi itirmişəm, ailəliyəm və bir övladım var”.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsind Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyac olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.

 

OXŞAR XƏBƏRLƏR

Aeroflot Superjet 100-ün QƏZASI: Yekun hesabat HAZIRLANDI

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2019-cu ildə Şeremetyevoda qəzaya uğrayan Aeroflot Superjet 100 təyyarəsi ilə bağlı yekun hesabatı hazırlayıb. &n...

Türkiyəli aktrisanın oğlu cinsiyyətini dəyişdirdi - FOTO

“Çılgın Bediş” serialının ulduzu Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın 27 yaşlı oğlu  Ardahan Öztoprak cinsiyyətini dəyişdirərək qadı...

Səfir: "Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır.   Sfera.az xəbər verir ki, bunu Rusiyanın Qazaxıst...

Neftçilərə yeni mənzillər TƏQDİM EDİLDİ - YENİLƏNDİ

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şu...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Tovuz rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.   Maqni...

Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi TƏSDİQLƏDİ

Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev &ld...