Prezident deputatla bağlı sərəncam imzaladı
12:04 / 16.11.2017
682
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanovu "Şərəf” ordeni ilə təltif edib.
Qeyd edək ki, Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tib Universitetinin rektoru olub, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.