Prezident 4 ölkənin səfirlərinin etimadnaməsini qəbul etdi

Prezident 4 ölkənin səfirlərinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirdi. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu dedi. Dövlət başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd edib.

Sonra prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib. Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd etdi. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirib. Səfir Allama Siddiki Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin də etimadnaməsini qəbul edib. Pule İsaak Malefane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin iqtisadiyyat və ticarət sahələrində də əməkdaşlığı genişləndirməsinin zəruriliyini qeyd edib. Artıq bir neçə ildir Azərbaycanın Cənubi Afrika Respublikasında səfirliyinin fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və biznes nümayəndələri üçün imkanların yaradılması baxımından səfirliklərin rolunu vurğulayıb. Səfir Pule İsaak Malefane ölkələrimiz arasında mövcud əlaqələrin gücləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. Nəhayət, İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib. Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Dövlət başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. (AzərTac)




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...