Politoloq: \"Ermənilər münaqişənin yeni savaş mərhələsinə şərait yaradır\" - SENSASİON AÇIQLAMA

Politoloq: \
Ermənistanın hakim Respublika Partiyası sədr müavini Armen Aşotyan jurnalistlərə açıqlamasında söyləyib. O, forumun 16-18 iyun aralarında keçiriləcəyini bildirib. Partiya Qarabağda erməni partiyalarının üçüncü forumunu keçirməyə hazırlaşır.

Aşotyan forumda iştirakdan Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Konqres-ANK blokunun imtina etdiyini bildirib. Müxalif Ohanyan-Raffi-Oskanyan bloku isə foruma dəvət edilməyib.

Məsələ ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, ermənilər bu davranışları ilə hüquq normalarını tanımadıqlarını və hörmətsizlik etdiklərini göstərmək istəyirlər.
 


Millət vəkilinin fikrincə, bir ölkənin ki, hərbçisi ilə siyasətçisi eyni ağıldadırsa, o ölkənin gələcəyi faciəvidir:
"Çünki hərbçi ola bilər ki, kimin torpağı gəldi işğal edə bilər. Amma siyasətçi həmişə hüquqa qarşı sayqıyla davranmalıdır. Bir ölkənin hərbçisi böyük adamdır, istənilən vaxt savaşa hazır olmalıdır. Bu bədbəxtlərin siyasətçiləri hüquq anlayışından uzaq olduqlarına görə, hərbçi ritorikası ilə davranmağa başlayırlar. Bu da xalq üçün böyük faciədir. Bunlar hələ öz xalqlarını hara sürüdüklərinin fərqinə varmırlar. Bu gedişlə də öz adlarını bədnam edirlər. Yekun söz: ermənilər Azərbaycan torpaqlarında keçirdikləri tədbirlərin bədəlini ödəyəcəklər". 
 
 

Politoloq Natiq Miri qeyd edib ki, Dağlı Qarabağ bütün beynəlxalq subyektlərin, təşkilatların, eyni zamanda birləşmiş millətlərin Azərbaycan ərazisi kimi tanıdığı coğrafi məkandır:
"Ermənistanın bu cür davranışı beynəlxalq hüquqa ziddir. Əslində bu cür işğalçı siyasət sülh prosesinə ciddi zərər verir. Və getdikcə münaqişənin yeni savaş mərhələsinə keçməsinə şərait yaradır. Çünki bu davranışlar Azərbaycanın səbrini tükəndirir. Hansısa məqamda ermənilərə adekvat reaksiyalar verilməlidir. Çünki biz bunu ötən ilin aprel ayında etdik. Artıq Azərbaycan quru bəyanatlar verməkdən çəkinməli və yeni proses yaratmalıdır. Bu da mütləqdir ki, hərbi siyasi proseslər olsun. Bir tərəfdən siyasi diplomatik addımlar atılmalı, digər tərəfdən isə hərbi. Belə olan halda Ermənistan öz xoşuna sülh masasına oturacaq. Əks halda havadarlarının dəstəyi ilə Azərbaycanın bütün sülh çağırışlarını sabotaj edəcək. Ayrıca, Azərbaycan ərazisində bu cür saymazyana siyasi tədbirlər keçirməklə bir növ qondarma Dağlıq Qarabağı beynəlxalq hüquqa müstəqil subyekti kimi tanıtmağa çalışacaqlar".

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində təşkil ediləcək forumda 21 partiya iştirak edəcək. Bunlardan 15-i Ermənistanı, 6-sı isə Qarabağ separatçılarını təmsil edəcək. Forumda həmçinin Ermənistan Prezident Serj Sərkisyan və separatçıların lideri Bako Saakyan da iştirak edəcək.
 
Gülnarə Eynullaqızı
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...