Dünya

Polislərə saqqal saxlamaq qadağan edildi

Polislərə saqqal saxlamaq qadağan edildi
Misir məhkəməsi polislərə saqqala saxlamağı qadağan edib.

Sfera.az xəbər verir ki, Misirdə bu məsələ ətrafında mübahisələr 6 ildir ki davam edirdi. Qərarın qəbul edilməsinə səbəb kimi polis təsisatının dünyəvi təsisat kimi qəbul olunması göstərilir.

"Saqqal dövlət qulluqçusunun qadağan olunmuş siyasi və terrorçu təşkilatlara mənsubluğunu göstərə bilər” – hakim Məhəmməd Mahir Əbdül İnein belə deyib.

2012-ci ildə "Müsəlman qardaşları” hakimiyyətə gəldikdən sonra saqqal qadağası zəiflədilmişdi. Bundan sonra bir neçə yüz nəfər polis saqqal buraxmağa başlamışdı.

 

Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ