Dünya

Polislər məşhur müğənninin villasına gecəyarı basqın etdilər - FOTO

Polislər məşhur müğənninin villasına gecəyarı basqın etdilər - FOTO
Müğənni Sıla Gençoğlu sevgilisi Hazer Armani ilə Bodrumda kirayələdiyi villada dostlarına qonaqlıq verib.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, müğənninin gecə evindən gələn səs-küy və yüksək musiqi səsi qonşuları hiddətləndirib. Altı yoldaşıyla birlikdə hovuz başında əylənən və musiqinin səsini sonuna qədər açan Sıla qonşuların xəbərdarlığına məhəl qoymadan əylənməyə davam edib. Qonşuların polisə şikayəti ilə evə gecəyarı polis gəlib və onların ifadələrini alıb.

Qeyd edək ki, Bodrumda jurnalistlərin təqibində olduğunu anlayan aşpaz Hazer Armani təşviş keçirib. İddia olunur ki, Gençoğlu və məşhur aşbaz kameralara yaxalanmamaq üçün bütün gün evdən çölə addım belə atmır.
 



XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031