Polisdən həyəcan siqnalı - Ölüm təhlükəsi

Polisdən həyəcan siqnalı - Ölüm təhlükəsi

 

Bakı şəhərinin inzibati ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ümumi hadisələrin yarıdan çoxunu piyadavurmalar təşkil edir.

 

Bunu Milli.az-a DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

 

Bölmə rəisi qeyd edib ki, ötən müddət ərzində sürət həddinin aşılması nəticəsində baş verən qəzaların sayı 42 faizə enibsə, piyadavurma hadisələrinin sayı artaraq 57 faizə çatıb:

 

"Qeyd edim ki, əvvəllər, piyadavurma ümumi hadisələrin təxminən 50-51 faizini təşkil edirdi. Aparılan təhlillər göstərir ki, bu il yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu faktı təkcə yol polislərində deyil, bütövlükdə cəmiyyətdə böyük narahatlıq doğurmalı və hamını düşündürməlidir".

 

V.Əsədovun fikrincə, belə bir statistika, bu sahədə təcili şəkildə zəruri tədbirlərin görülməsinə zəmin yaradır:

 

"Paytaxtın inzibati ərazisində yeraltı və yerüstü keçidləri, yaxud səkiləri nəzarətə götürülüb, yol polisləri tərəfindən bu məsələyə diqqət artırılıb. Təkcə son bir həftə ərzində 3574, ondan əvvəlki həftə isə 3841 piyada yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvəlindən piyadalar barəsində 89 minə yaxın inzibati protokol tərtib edilib".



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...