PKK-ya qarşı ən böyük hava hücumu - VİDEO

PKK-ya qarşı ən böyük hava hücumu -  VİDEO
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 və F-4 qırıcları PKK-nın İraqın şimalındakı düşərgələrini bombardıman edib. 
Sfera.az xəbər verir ki, terrorçuların Qəndil, Hakkurk, Avaşin, Mətnə, Basan, Qara və Zap düşərgələri darmadağın edilib. 
 
Təsbit edilən 64 hədəfə Türkiyə Sİlahlı Qüvvələrinin silahlanmaya qəbul etdiyi 80 "ağıllı bomba" atılıb. Bu bombalar yerin 10 kilometr dərinliyindəki hədəfləri məhv edə bilir.
 
Qeyd edək ki, hava hücumları zamanı PKK-nın ən böyük silah anbarı yox edilib.(atv.az)
 
 


OXŞAR XƏBƏRLƏR