Pivə bokallarına siqnalizasiya quraşdırdı

Pivə bokallarına siqnalizasiya quraşdırdı
"The Beer Wall” barı Belçikada yerləşir və ölkə hüdudlarından da kənardadır. Ancaq turistlərin pivə bokallarını oğurlaması barın sahibini təngə gətirib.

Sfera.az  "The Daily Telegraph” agentliyinə istinadən xəbər verir ki, biznesmen bunun qarşısını almaq üçün qeyri-adi yola əl atıb. Bardakı hər bir pivə bokalına siqnalizasiya qoşulub. Barın ərazisini tərk edən kimi siqnalizasiya işə düşür.

Barın sahibi Filip Mays deyir ki, o bu addımı atmağa məcbur olub, çünki hər il barından turistlər 4 min bokal oğurlayır:

"İnsanlara pivə veririk, elə bilirlər ki, bokal da pivənin üstündə hədiyyə kimi verilir”.

Siqnalizasiya 4 min avroya baha başa gəlib.
 
İlqar


OXŞAR XƏBƏRLƏR